Qanunsuz ov edən Sumqayıt sakini saxlanılıb. Sumqayıt24 bu barədə 24 oktyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Şabran RPŞ-nin əməkdaşları rayonun “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən Sumqayıt şəhər sakini Emil Əliyev və Siyəzən rayon sakini Məhəmməd Nağıyevı saxlayıblar. Həmin şəxslərdə 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.