Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi müvəffəqiyyət qazanıb. Bu haqda 27 may tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Təhsil müəssisəsinin 5-ci sinif şagirdi Mehnaz Dünyamalıyeva “Arts Olimpia” adlı Uşaq incəsənət müsabiqəsində laureat adına layiq görülüb. Məktəblini müsabiqəyə müəllimi Xatirə Məmmədova hazırlayıb.