Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 13 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 22-ci məhəlləsində baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Şəhər rəhbəri vətəndaşları fərdi qaydada dinləyib. Z. Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.