Sumqayıtda havanın keyfiyyəti açıqlanıb. Sumqayıt24 bu haqda 4 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə monitorinq həyata keçirilib. Məlumatların təhlilinə əsasən, dünən gün ərzində şəhərimizdə azot-4 oksidin miqdarı normadan 1.1 dəfə yüksək olub.
Səbəb isə nəqliyyat hərəkətinin intensivliyi və digər antropogen təsirlərdir.