Sumqayıtda 10 sahibkar üçün təlim keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunan görüş “Gəlir və xərclər planı” mövzusunu əhatə edib. Mərkəzin eksperti tərəfindən satış gəlirlərinin şaxələndirilməsi, gəlir və xərclər planı və xalis gəlirin artırılma üsulları barədə məlumat verilib. Təlimdə pul vəsaitlərinin hərəkəti, təxirə salınmış gəlirlər, ticarət və digər kreditor borcları, maliyyə öhdəlikləri sahibkarların diqqətinə çatdırılıb.
Sonda suallar cavablandırılıb.