Sumqayıtda “Marketinq” mövzusunda seminar baş tutub. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər verir.
KOBİM-in eksperti tərəfindən keçirilən təlimdə marketinq strategiyasının hazırlanması, biznes hədəflərinin effektiv təyini və marketinq planının hazırlanma üsulları barədə iştirakçılara məlumat verilib. 5 sahibkarın iştirak etdiyi seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.