Sumqayıtda şəhid Anar Heydərovun ailəsi ziyarət olunub. Sumqayıt24 bu barədə 24 sentyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Görüşdə Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Olimpiya Kompleksi və 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbər əməkdaşları iştirak ediblər. Burada şəhid kapitanın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ailəni narahat edən qayğılar dinlənilib.
Anar Heydərov 1 iyun 1988-ci ildə Sumqayıtda anadan olub. Aprel döyüşlərində də iştirak edən hərbçi Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 3 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub.
Ölümündən sonra o, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.