top
Şəhid anası: “Yaralı halda gözünü açıb, Şuşaya bayraq sancıldığını soruşub”
27 sentyabr 2024, 05:15
- +

Şəhid anası: “Yaralı halda gözünü açıb, Şuşaya bayraq sancıldığını soruşub”

Bir çoxunuz onu tanıyırsınız. Şəhidlərimizlə bağlı hazırlanan müxtəlif videoçarxlarda görmüsünüz. Yaşıl, iri gözləri, şux qaməti, cəsur baxışları, xoş gülüşü hafizəmizə həkk olunub. Hər dəfə şəhidlərimizlə bağlı videolara təkrar-təkrar baxanda bu yaraşıqlı, cəsur igidimizi görüb “Allah rəhmət etsin, məzarı nurla dolsun” demisiniz. Söhbət Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Mehrab Niftəliyevdən gedir.

Tərcümeyi-hal: Mehrab Söhrab oğlu Niftəliyev 13 may 1985-ci ildə Quba rayonunun Qam-Qam kəndində anadan olub. Kənddəki orta məktəbdə təhsil alıb. Həyat yoldaşı və övladları ilə birgə Sumqayıt şəhərində yaşayıb. O, 2003-cü ilin iyul ayında hərbi xidmətə göndərilib. Qəhrəmanımız 2005-2020-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib, baş gizir rütbəsini daşıyıb. “Qafqaz qartalı” və EFES hərbi təlimlərini keçdikdən sonra kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşıb.

Shimal.News döyüşlərin ilk günündən ön cəbhədə olan, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə vuruşanlar sırasında ön cərgədə yer alan, Cəbrayılda bayrağımızı ilk dəfə qaldıran hərbçi, döyüşçü, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva ilə söhbətləşib.

– İlk olaraq, Mehrabın uşaqlıq dövründən danışardınız. Hərbiyə marağı necə yarandı?

– Oğlum orta məktəbdə yaxşı oxuyurdu. Onun yaşıl, böyük gözləri var idi. Deyirdim ki, ay oğul, sənin gözlərin həkimlik üçün yaranıb. Mehrab bu fikrimə heç nə demirdi. Hərbi xidmətini başa vurandan sonra atasına deyib ki, “ata, anam məni həkim kimi görür, ancaq mən ixtisasımı seçmişəm, hərbçi olacam”.

Mən bir qədər tərəddüd etdim, amma atası dedi ki, “işin yoxdur. Qoy hansı sənəti, peşəni istəyirsə, onu seçsin”. Əsgərlikdən sonra Mehrab öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrə qoşuldu. 18 il bu qurumda xidmət etdi. Hər şeyi dəqiqliyi ilə öyrənirdi.

– Bilirik ki, Mehrab Aprel döyüşlərində də iştirak edib. Həmin döyüşlər haqqında sizə nəsə danışıb?

– Bizim Mehrabın o döyüşlərdə iştirak etməyindən xəbərimiz olmayıb. Qonşu Rustov məktəbində çalışırdım və tənəffüs vaxtı məktəb direktoru dedi: “Müəllimə, gözünüz aydın. Eşitmisiniz, müharibə dayandırılıb. Mehrabdan nə xəbər?”.

Məndə cavabında bildirdim ki, Mehraba zəng çatmır, ondan xəbər ala bilməmişik. Elə sözümü bitirmişdim ki, bir də gördüm qapı açıldı və Mehrab otağa daxil oldu. Mən donub, qaldım. Oğlum məni qucaqlayıb Xaçmaza iki şəhid nəşi gətirdiklərini, bir saatlıq icazə alıb bizi görməyə gəldiyini bildirdi. Bir müddət sonra o, məzuniyyətə çıxdı. Bir də gördük ki, kənddə uşaqlar hay-küy qoparıblar ki, texnika gəlib. Sən demə, Mehrab əhd eləyib ki, Aprel döyüşlərindən sağ-salamat çıxsa, kəndə su çəkmək üçün artezian qazdıracaq. Əhdinə sadiq, sözündə bütöv idi. Onun qazdırdığı quyudan bu gün də kənd əhli su içir, su daşıyır.

– Vətən müharibəsinin başlaması barədə necə məlumat aldınız?

– Həmin vaxt koronovirusa yoluxdum və məni xəstəxanaya apardılar. Vəziyyətim ağır olduğundan ayrı palataya yerləşdirildim. Dörd gün idi ki, müalicə alırdım, tibb bacılarının ağladığını gördüm. Nəyə görə ağladıqlarını soruşanda Fizulidən bir çox şəhid tabutunun gətirildiyini, buna görə pis olduqlarını dedilər. Bunu eşidən kimi Mehraba zəng etdim, amma telefonuna zəng çatmırdı. Sonra onunla əlaqə saxlaya bildik və hər şeyin yaxşı olduğunu, Qələbəyə doğru irəlilədiyimizi bildirdi.

– Cəbrayılda ilk bayrağımızın Mehrab tərəfindən qaldırldığını necə öyrəndiniz?

– Müharibəyə kimi onun barəsində heç nə bilmirdim. Sonradan döyüş yoldaşları onun haqqında bizə danışıblar. Onun yaralıları necə xilas etməsi, döyüş əməliyyatlarında göstərdiyi şücaətlər barədə artıq məlumatımız var. Amma özü bu barədə danışmaz, danışmağı da xoşlamazdı. Mən sonradan bildim ki, övladım necə peşəkar hərbçi olub, hansı silahlardan istifadə etməyi bacarıb.

– Mehrabla sonuncu dəfə nə vaxt əlaqə saxlaya bildiniz?

– Sonuncu dəfə oğlumla 31 oktyabr tarixində danışdıq. Səsi xırıltılı idi, soruşanda soyuqladığını dedi. Sonradan öyrəndik ki, 29 oktyabrda yaralanıb və buna görə səsi elə gəlirmiş. Ümumiyyətlə, Mehrab sirr verən, hərbidə baş verənlərdən danışmazdı. Növbəti 10 gün ondan xəbər ala bilmədik. Noyabrın 7-si, saat 04:00-də Mehrab hələ sağ idi. Onu meşəlik ərazidə yaralı vəziyyətdə tapıb, gecə ilə varlı erməni futbolçunun Şuşadakı villasına gətiriblər.

Müayinə zamanı görüblər ki, ayağından yaralanıb və axan qanı dayandırmaq mümkün olmayıb.

– Mehrabın övladlarından atasının yolunu davam etdirib hərbçi olmaq istəyən var?

– Böyük qızı 9-cu sinifdə, ortancıl oğlu 8-ci sinifdə, kiçik oğlu isə 1-ci sinifdə oxuyur. Kiçik oğlu həmişə hərbçi olacağını deyirdi. Elə bilir ki, atası hələ də təlimdədir. Böyük qız övladı isə o vaxt atasına jurnalist olacağını deyib. İndi deyir ki, atamın xatirəsini yaşadacağam. Onlar hələ ki, uşaqdırlar və çox şeyi dərk etmirlər. Mehrabın iyini onlardan alıram. Məni həyata bağlayan, yaşadan bu uşaqlardır. Onlar olmasa nə edərdim? Amma fəxr edirəm ki, bu Vətənə Mehrab kimi oğul böyütmüşəm.

Mehrab son nəfəsində gözlərini açıb, soruşub ki, bayrağımız Şuşaya sancıblar? Sonra da, deyib ki, uşaqlardan muğayat olun. Bu onun son sözləri olub. Ona da deyiblər ki, Şuşa artıq azaddır, Şuşa səmasında bayrağımız dalğalanır. Mehrab noyabrın 8-də həkimlərin bütün səylərinə baxmayaraq, şəhidlik zirvəsinə ucaldı. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:21

Uşaqların I sinfə qəbulu prosesi başlayır

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda bu nişan yoxa çıxdı: Çaşqınlıq yarandı

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda dönərçi mağazaya basqın edərək işçilərə kreditlərini ödətdirdi

Bütün xəbərlər
Bu gün, 16:53

SDU tələbələri üçün açıq dərs keçirilib

Bütün xəbərlər
Bu gün, 16:12

Bakı-Sumqayıt avtobuslarında ödənişlərlə bağlı YENİLİK

Bütün xəbərlər
Bu gün, 15:32

Sumqayıtda mayın ilk günü hava belə olacaq

İdman
Bu gün, 15:29

Sumqayıtlı güləşçi Prezidentlə görüşüb

Bütün xəbərlər
Bu gün, 15:14

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıt məktəbliləri yenə medalları topladılar

Bütün xəbərlər
Bu gün, 14:12

Sumqayıtlı tələbənin faciəli sonu: 2009-cu ilin qanlı terroru unudulmur

Bütün xəbərlər
Bu gün, 13:32

Sarayda qalmaqal: telefon üstündə qadını DÖYDÜ

Bütün xəbərlər
Bu gün, 12:50

Sumqayıtın olimpiada "kralı" yenə zirvədə

Bütün xəbərlər
Bu gün, 12:10

Qəzalı bina: Sumqayıtdakı uşaq bağçası ilə bağlı SOS

Bütün xəbərlər
Bu gün, 11:25

1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu

Bütün xəbərlər
Bu gün, 10:45

Xəzər dənizi niyə quruyur?

Bütün xəbərlər
Bu gün, 10:05

Sumqayıtda mayda hava 32 dərəcəyədək yüksələcək

Bütün xəbərlər
Bu gün, 09:24

Sumqayıtda yaşlı müəllimləri yeni "sınaq" gözləyir

Bütün xəbərlər
Dünən, 19:46

Sumqayıtlılar, artıq Maldiv adalarına vizasız gedə bilərsiniz

Bütün xəbərlər
Dünən, 19:22

"Sumqayıt" üçün "baha başa gələn" oyun - 12.500 manatlıq cərimə

İdman
Dünən, 18:40

Sumqayıtın klubu liqadan uzaqlaşdırıldı

Bütün xəbərlər
Dünən, 18:05

Sumqayıtda sabah hava yağışlı olacaq?

Bütün xəbərlər
Dünən, 17:30

Hacı Zeynalabdin qəsəbəsində silah-sursat tapıldı

Bütün xəbərlər
Dünən, 16:45

Prezidentin təltifi sumqayıtlı şəhidin anasına təqdim olundu

Bütün xəbərlər
Dünən, 16:02

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Oxşar xəbərlər