XTQ leytenantı Elnur Səmədovun qırx mərasimi təşkil olunub. Bu barədə 24 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Onun Sumqayıt Şəhidlər xiyabanında olan məzarı ziyarət olunub, önünə qərənfillər düzülüb. Tədbirdə qəhrəman şəhidimizin ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Anım mərasimi “Ad Günü” restoranında davam edib.
Qeyd edək ki, Elnur Səmədov sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. O, Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə savaşıb. [modula id="25668"]