Sumqayıtda şəhid Məhəmmədəli Həsənzadənin doğum günü ilə əlaqədar tədbir keçirilib. Sumqayıt24 bu haqda 29 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbir Qubadlı rayon Kavdadıq kənd məktəbində təşkil olunub. Çıxış edən məktəb direktoru Alimə Bayramova şəhidlərin hər zaman qəlbimizdə yaşayacağını bildirib. Sonra isə şagirdlərin kompozisiyaları izlənilib.
Qubadlı rayonunun Qilican kəndinin sakini Məhəmmədəli 1999-cu ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin Biznesin İdarə edilməsi fakültəsini bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə yollanıb.
Qeyd edək ki, M. Həsənzadə Vətən müharibəsi zamanı Füzuli rayonunda, daha sonra isə Xocavənd rayonunda vuruşub. Noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.