Sumqayıt Şəhidlər xiyabanında anım tədbiri keçiriləcək. Bu barədə 27 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə xiyabanda son hazırlıq işləri görülüb. Ərazi təmizlənib, ağacların qurumuş hissələri budanıb. Sumqayit.tv-nin məlumatına görə, ətrafda yüzlərlə çala qazılıb. Burada ağacəkmə aksiyası təşkil olunacaq.