Sumqayıt Tibb Mərkəzinin (STM) əməkdaşları Bakıda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyaya gediblər. Bu haqda 20 aprel tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunan ziyarət zamanı əməkdaşlara bələdçi tərəfindən ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto və videomateriallar, digər ünikal eksponatlar haqqında ətraflı məlumat verilib. Ziyarətçilər mərkəzdə yerləşən sərgini gəzib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumatlar əldə ediblər. Sonda kollektivlə xatirə şəkli çəkilib.