Şair Şükür Mürsəloğlu 62 yaşında vəfat edib.
Teleqraf.az-ın məlumatına görə, Ş.Mürsəloğlu bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkib. Mərhum Sumqayıt şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Şükürov Şükür Mürsəl oğlu 1963-cü il 31 dekabr tarixində Laçın şəhərində doğulub. Gənclik illərindən poeziyaya maraq duyan şairin vaxtı ilə "Laçın" qəzetində, "Göyərçin", "Pioner", "Ulduz" jurnallarında şeirləri çap olunub. "Qar kölgəsi" adlı şeirlər kitabının müəllifidir.
Bir oğlu, bir qızı var.