Sumqayıtda yaşayış binalarının yaxınlığında aparılan tikinti işləri sakinlərin istirahətinə problem yaradır.
Bu barədə Sumqayit24.az-a yerli sakinlər müraciət ediblər.
Şəhərin Çerkassı küçəsində çoxmərtəbəli yaşayış kompleksi inşa olunur. Sakinlərin sözlərinə görə, ərazidə aparılan tikinti işləri gecə saatlarında da davam etdirilir.
“İşləyən texnikanın səsindən nə dincələ, nə də yata bilmirik. Gecə saat 01:00-dan sonra da işlər aparılır. Hər iki gündən bir eyni vəziyyət təkrarlanır. Binalarda körpələr və yaşlılar da yaşayır. Bunları nəzərə alan yoxdur”, - deyə şikayətçilər əlavə ediblər.