Sumqayıt Kimya Sənaye Parkı genişlənib. Sumqayıt24 bu haqda 15 yanvar tarixində xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə əsasən, ötən il sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik verilib. Bunlardan 8-i Sumqayıt Kimya Sənaye Parkında qeydiyyata alınıb.
Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.