Yenilənib saat: 11:15
"Khazar"ın sürücüsü Cavidan Mirzəyev qapalı kəllə beyin travması aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada ölüb.
***
Saat: 09:49
Saray qəsəbəsində qəza baş verib.
Sumqayıt24 xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Khazar” markalı avtomobil körpünün yaxınlığında sərnişin daşıyan “Paz” avtobusu ilə toqquşub.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Ağır yaralılar var.