Saray qəsəbəsinə şəhid gəlir. Bu barədə 17 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Baş leytenant Hüseyn Nəcəfzadə Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman Kəlbəcərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi təxminən saat 16:00-16:30-da boya-başa çatdığı qəsəbəyə gətiriləcək və Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Hüseyn Abbasqulu oğlu Nəcəfzadə 11 oktyabr 1997-ci ildə anadan olub. Məlumata görə, oktyabr ayında onun toyu olacaqdı.