Saray qəsəbəsində qəza olub. Sumqayıt24 bu barədə 26 sentyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə dünən gecə saatlarında “Omid” inşaat malları mağazasının önündə qeydə alınıb. Əks yoldan geri dönmək istəyən nəqliyyat vasitəsi qarşıdan gələn digər minik avtomobilinə çarpılıb. Qəzada xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.