AQTA Saray qəsəbəsində yerləşən ticarət obyektlərində monitorinq keçirib. Sumqayıt24 bu barədə 19 oktyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Həyata keçirilən yoxlama zamanı “Top” marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.