Saray qəsəbəsində azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 20 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə ötən gün baş verib. Çağırış üzrə əraziyə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar nəzarətsiz qalmış uşağı xilas ediblər.