Sumqayıtda avtobus qəza törədib. Sumqayıt24 bu barədə 7 aprel tarixində xəbər verir.
Hadisə Səməd Vurğun və Polad Həşimov küçələrinin kəsişməsində baş verib. Sərnişinlərlə dolu 5 nömrəli marşrut xəttinin avtobusu “İsuzu” markalı yük maşınına çarpılıb. Əraziyə yol polisi çağırılıb.
Qeyd edək ki, qəza zamanı xəsarət alan olmayıb. “İsuzu”ya isə cüzi ziyan dəyib.