Sumqayıt Dövlət Universitetində (SDU) "Elm və Mühəndislik" düşərgəsi keçirilir. Bu haqda 13 fevral tarixində Sumqayıt24 xəbər verir.
İlk dəfə təşkil olunan düşərgənin birinci günündə spiker qismində “Giltex” MMC şirkətinin istehsal fabrikləri üzrə əməliyyat direktoru Turqay Mazman və keyfiyyətə nəzarət üzrə direktor Önder Karataş, eləcə də “Azərtexnolayn” MMC-nin Polad boru zavodunun istehsal müdiri Əhəd Şəfiyev, Marketinq şöbəsinin mütəxəssisi Zaur Ömərov, insan resursları üzrə mütəxəssisi Nuranə Səlimzadə çıxış edəcəklər.
Tədbir ali təhsil müəssisəsinin 1-ci tədris binasında keçirilir.