Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir baş tutacaq. Bu haqda 19 aprel tarixində Sumqayıt24 Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatına (SDU TGT) istinadən xəbər verir.
"Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli" adlı dəyirmi masa "ƏLLİ1000" proqramı çərçivəsində keçiriləcək. Tədbir 20 aprel saat 14:00-da ali təhsil müəssisəsinin 136 saylı auditoriyasında təşkil olunacaq.