Sumqayıt Dövlət Universitetində (SDU) “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda onlayn formatda II Beynəlxalq elmi konfrans işə başlayıb. Sumqayıt24 bu haqda 26 aprel tarixində xəbər verir.
Tədbirin təşkilində Riyaziyyat və Mexanika İnstitutu da iştirak edib. Konfransa SDU, Riyaziyyat və Mexanika İnstitutu, respublikamızın digər ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Gürcüstan, Almaniya, Amerika və Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin alimləri də qatılıblar.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə edib. Vurğulayıb ki, Heydər Əliyev sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa təkan verib.
Görüşdə Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırmalar Mərkəzinin professoru Kamil Sabitov , İstanbul Texniki Universitetinin professoru Elimxan Mahmudov , Rusiya Dövlət Turizm və Servis Universitetinin dosenti Sergey Lavrençenko və Dağıstan Dövlət Universitetinin professoru Abdulkərim Məhəmmədov, Aydın Adnan Menderes Universitetindən Günel Korhan, Ege Universitetindən Ürfət Nuriyev və Selcan Kayahan, SDU-nun Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri, professor Fikrət Feyziyev çıxış ebiblər.