Sumqayıt Dövlət Universitetində (SDU) şəhid Mikayıl Vahabzadənin xatirəsinə tədbir keçirilib. Sumqayıt24 bu haqda 6 aprel tarixində xəbər verir.
Tədbir Fizika və elektroenergetika fakültəsində təşkil olunub. Əvvəlcə şəhidlərimizin ruhu yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Fakültə dekanı, dosent Tamella Əhmədova Mikayıl Vahabzadə ilə bağlı xoş xatirələrini bölüşüb. Bildirib ki, Mikayıl 2016-cı il Aprel döyüşlərində Tərtər istiqamətində gedən savaşda qəhrəmancasına şəhid olub. O, tələbə ikən özünü mükəmməl şəxsiyyət kimi göstərib, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazanıb, həmçinin universiteti fərqlənmə diplomu ilə başa vurub.
Sonda iştirakçılara aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş videoçarx və tələbələrin hazırladıqları ədəbi-bədii kompazisiya nümayiş olunub.