Sumqayıt Dövlət Universitetində "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi" mövzusunda elmi-praktiki seminar keçirilib. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
Tədbirdə "Sukanal" ETLİ-nin direktor müavini Elnur Nəsirov, Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsinin böyük elmi işçisi Məmməd Hüseynzadə və Hidroloji tədqiqatlar şöbəsinin mühəndisi Cavid Rəhmanov iştirak ediblər.
Direktor müavini Elnur Nəsirov mövzu ilə bağlı məruzə edib, müəllim və tələbələrin suallarını cavablandırıb.