top
SDU-da tələbələr üçün “YENİ Klub” yaradılıb
04 aprel 2023, 05:30
- ↺ +

SDU-da tələbələr üçün “YENİ Klub” yaradılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Universitetində (SDU) formalaşdırılan “YENİ Klub”un təsis toplantısı keçirilib. Sumqayıt24 bu haqda 4 aprel tarixində xəbər verir.

Tədbir SDU və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən təşkil olunub. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov,  sədr müavini Fəsli Nəbiyev və tələbə heyəti əvvəllcə ulu öndər Heydər Əliyevin foyedəki büstü önünə gül dəstələri düzüblər.

Təsis toplantısını açan dosent Elmar Xəlilov “YENİ Klub” un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inandığını bildirib: “Bu gün Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir. O, dünyada gedən proseslərə yaxşı bələd olmağı ilə bərabər, yüksək təhliletmə qabiliyyətinə malikdir”.

Çıxışını davam edən prorektor “YENİ klub”un tələbələrin ictimai-sosial aktivliyini artıracağına, şəxsi inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb: “Bildiyiniz kimi, biz üçüncü ildir ki, qalib xalq kimi yaşayırıq və bu, həmişə belə olacaq. Siz tələbələr öz uğurlarınız, bilik və bacarığınızla bu qələbəni çoxşaxəli etməli, böyütməli və yaşatmalısınız. “YENİ klub”un fəaliyyətində də məhz dövlətçilik, vətənpərvərlik kimi yüksək dəyərlərin təbliğ olunacağına əminəm”.

Sonra Klubun rəhbəri, Tarix və coğrafiya fakültəsinin tələbəsi Songül Kərimzadə layihə barədə ətraflı məlumat verib. Klubun ali təhsil müəssisəsi daxilindəki digər təşkilatlarla birgə fəaliyyət həyata keçirəcəyini, yarış, müsabiqə, layihə, debat, diskussiya, təlim, həmçinin xarici dillərdə tədbirlər təşkil edəcəyini, tələbələrin həyatında müsbət mənada rol oynayacağına inandığını bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Oxşar xəbərlər