Sumqayıt Dövlət Universitetinin (SDU) Filologiya fakültəsinin bir qrup əməkdaşı şəhid Mehrab Niftəliyevin ailəsini ziyarət edib. Bu haqda 2 iyun tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, fakültənin təlim və tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarova və tütoru Günay Alxasova şəhidin uşaqları ilə görüşüblər. Dekan universitet rəhbərliyi adından uşaqları təbrik edərək, onlara hədiyyələr təqdim edib.