Sumqayıt Dövlət Universitetinin (SDU) Fizika və elektroenergetika fakültəsinin bir qrup müəllim və tələbəsi Mingəçevir Su Elektrik Stansiyasında ekskursiya ediblər. Bu haqda 27 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilən ekskursiyada iştirakçılar stansiya avadanlıqları və orada gedən proseslərlə yaxından tanış olublar.
Ekskursiyaçıların diqqətinə çatdırılıb ki, su qovşağında yuyulma üsulu ilə yaradılan torpaq bənd, SES-nin suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxil olan stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.
Sonda Mingəçevir SES-nin Texniki təhlükəsizlik şöbəsinin rəisi Əli İbrahimli və digər əməkdaşlar tələbələrin suallarını cavablandırıblar.