Sumqayıt Dövlət Universitetinin əməkdaşı radioda çıxış edəcək. Sumqayıt24 bu haqda 27 aprel tarixində xəbər verir.
Müəllim, yazıçı-publisist Əli Rzazadə Mənəvi Dəyərlərin Təbliği Fondu və ASAN Radionun birgə layihəsi olan “Mənəvi dəyərlər” radio verilişinin qonağı olacaq. Bu gün saat 16:05-də onun “Cəmiyyətdə xeyirxahlıq və yardımlaşma” mövzusunda çıxışı olacaq.