Sumqayıt və Bakı Dövlət Universitetlərinin tələbələri Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. Bu haqda akademiyanın rəsmi saytına istinadən xəbər veririk.
Təcrübə institut və hər iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında təşkil edilib. Burada, ilk öncə tələbələrə institut barədə ümumi məlumat verilib. Həmçinin, İnstitutun baş direktoru, AMEA müxbir üzvü Pənah Muradov tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olub, onlara öz tövsiyələrini verib.
SDU-nun tələbələri təcrübəni 25 may tarixinədək keçəcəklər.