Sumqayıt Dövlət Universitetində (SDU) “Əsaslı Dizayn Metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramına start verilib.
Sumqayıt24.az xəbər verir ki, proqram Sabah.Academy-nin təşkilatçılığı ilə keçirilib. İlk modulda “Sahibkarlığa Giriş və İdeyaların Yaradılması” mövzusu ilə “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçi və Təlim Koordinatoru Emin Okutan çıxış edib.
Qeyd edək ki, adıçəkilən proqram SDU-nun II və III kurs tələbələri üçün nəzərdə tutulub.