Sumqayıt Dövlət Universitetinin (SDU) tələbə evinə qeydiyyat başlayıb.
Sumqayıt24 xəbər verir ki, Yataqxanada qalmaq üçün aylıq ödəniş 50 manatdır. 500 və daha yuxarı bal toplayan I kurs tələbələri üçün yataqxana pulsuzdur. Yerlər məhduddur.
Təhsil ocağından bildirilib ki, tələbələrin rahatlığı üçün yüksək standartlara cavab verən otaqlar keyfiyyətli internet və istilik təchizatı ilə təmin olunub, eyni zamanda onların asudə vaxtını səmərəli keçirmələri üçün bütün imkanlar yaradılıb.