SDU-nun kollektivi şəhidlərin ildönümü ərəfəsində universitetin məzunu olmuş şəhid ailələrini ziyarət edib. Bu barədə 29 sentyabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər veririk.
Kollektiv 1-ci Qarabağ müharibəsi şəhidi, universitetin tələbəsi olmuş Fuad Əhmədovun, Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuş Rəşad Mikayılzadənin, Füzuli istiqamətində qəhrəmancasına şəhid olmuş baş leytenant Teymur Əzizovun, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı - istehkamçı Mehrab Niftəliyevin və Vətən müharibəsi dövründə Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub şəhid olan əsgər Telman Abışovun ailələrini ziyarət ediblər.
Təhsil oçağının professor-müəllim və tələbə heyəti şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq guşələrinə baxış keçirib, ruhlarına rəhmət diləyiblər. Görüşlər zamanı şəhidlərin doğmaları qəhrəman oğulların keçdiyi döyüş yollarından, göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.