Sumqayıt Dövlət Universiteti (SDU) ilə Bolqarıstanın Varna Texniki Universiteti arasında onlayn formatda əməkdaşlıq müqaviləsi imzalanıb. Bu haqda 24 aprel tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
Müqavilənin imzalanması iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsində və daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi məqsədi daşıyır.
Qeyd edək ki, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələri uzun müddət mövcuddur.