Sumqayıt Dövlət Universitetində (SDU) “Dayanıqlı inkişafa doğru: XXI əsrdə ali təhsilin və innovasiyaların rolu” adlı açıq mühazirə keçiriləcək. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Mühazirə sentyabrın 11-də Sinqapur Milli Universitetinin Dayanıqlılıq və Nanotexnologiya Mərkəzinin direktoru, dünyanın ən nüfuzlu tədqiqatçıları sırasında adı çəkilən professor Siram Ramakrişna tərəfindən oxunacaq.
Tədbir zamanı universitetlərin həyata keçirə biləcəyi təhsil, tədqiqat və innovasiya strategiyaları, universitetlər və şirkətlər arasında faydalı əməkdaşlığın qurulması, ali təhsil və innovasiya üzrə əlverişli milli siyasət və qaydalar, dünyanın ən yaxşı müvafiq təcrübələri haqqında danışılacaq.
İştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Tədbirdə yalnız elektron dəvətnamə əldə etmiş şəxslər iştirak edə bilərlər.