Sumqayıtda “Siren Trading” MMC-yə aid məhsullar məhv edilib. Sumqayıt24 bu barədə Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytına istinadən xəbər verir.
Proses “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda həyata keçirilib. Burada istehlaka yararsız və istifadə müddəti bitmiş 7070 kq un və un məmulatları, dənli paxlalı bitkilər, şəkər və digər məhsullar utilizasiya edilib.
Bundan öncə, həmin poliqonda “Camal” LTD-yə məxsus məhsullar məhv edilmişdir.