“McDonald's Azerbaijan” şirkəti Sumqayıtda ağacəkmə aksiyası keçirib. Sumqayıt24 bu haqda 26 aprel tarixində 1news.az-a istinadən xəbər verir.
Tədbir bulvar ərazisində İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Şirkətin 50 əməkdaşı tərəfindən burada 300-dən çox zeytun tingi əkilib.
Qeyd edək ki, yaxın aylarda “Göyərçin” parkının yaxınlığında “McDonald’s & McCafe” restoranı açılacaq. Burada 80 vakant iş yeri də olacaq.