top
Smart-kartlara edilmiş əvvəlki ödənişlər hansı tariflə hesablanacaq? – RƏSMİ
06 yanvar 2025, 05:55
- +

Smart-kartlara edilmiş əvvəlki ödənişlər hansı tariflə hesablanacaq? – RƏSMİ

2024-cü ilin tamam olmasından əvvəl "Azəriqaz" İstehsalat Birliyi elan etdi ki, smart-kart tipli sayğaclarda sıfırlanma dekabrın 31-dən yanvarın 1-nə keçən gecə həyata keçirilib. Mexaniki sayğaclarda bu proses yanvarın 6-da baş verməli idi.

Yanvarın 2-də Tarix Şurası bir çox kommunal xidmətlər kimi, qaz istehlakına da yeni qiymətləri təsdiqləyib. "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verib.

Yeni tariflərə əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib. Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.

Vətəndaşların bir çoxu çətin suallar qarşısındadır. O cümlədən:

Mexaniki sayğaclarda sıfırlama yanvarın 6-da həyata keçirildiyindən yanvarın 2-dən 6-dək olan müddətdə qaz istehlakı hansı tarixlə hesablanacaq?

Yaxud smart-kart sayğaclara yeni qərardan öncə yüklənmiş məbləğ hansı tarifə əsasən hesablanacaq?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib:

“Ümumən sayğaclarda yenilənmələr artıq başa çatıb. Hazırda sistem üzərindən yeni tarifə hazırlıq prosesi gedir.

Tutaq ki, vətəndaş dekabr ayının sonu özünə məxsus smart-karta müəyyən məbləğ ödəniş yükləyib. Onu öncəki tariflə yüklədiyi üçün əvvəlki qiymətlə işlədəcək”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Dünən, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Dünən, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Dünən, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Dünən, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Dünən, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Dünən, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Dünən, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Dünən, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Dünən, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Dünən, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Dünən, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
10 sentyabr 2026, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
10 sentyabr 2026, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
10 sentyabr 2026, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
10 sentyabr 2026, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər