Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri uğur qazanıblar. Sumqayıt24 bu haqda 6 may tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə (RMİ) istinadən xəbər verir.
Onlar “Spring music festival” adlı Beynəlxalq müsabiqə-festivalında iştirak ediblər. Şagirdlər müxtəlif dərəcəli laureat adına layiq görülüblər. Fortepiano şöbəsinin müəllimi Kəmalə Novruzovanın yetirməsi Rəvan Məmmədov və Kəmalə Hüseynovanın sinfində oxuyan Röya İbrahimli I yerlərə layiq görülüblər.
Şagirdlərin müəllimləri “Təşəkkürnamə” ilə təltif olunublar.