"Sumqayıt Tibb Mərkəzi" (STM) Publik Hüquqi Şəxsinə inzibati protokol tərtib edilib. Bu haqda 26 iyul tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
STM barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Samir İsmayılovun icraatına verilib.