“Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC-nin nizamnamə kapitalı artırılıb. Bu haqda 15 iyun tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
STP-nin nizamnamə kapitalı 49.430.000 manat və ya 21% artırılmaqla 287.650.346 manata çatdırılıb.
Qeyd edək ki, cari ilin mayında STP-nin baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub, onun yerinə Hicran Valehov təyin edilib.