“Almet Holding” ASC və STP Şirkətlər Qrupu əməkdaşlığa başlayıb. Sumqayıt24 bu haqda 20 iyun tarixində xəbər verir.
Müqaviləyə əsasən, “Almet Holding”in törəmə şirkəti olan “ASPM” MMC, sözügedən zavodda armatur istehsal edəcək. STP Şirkətlər Qrupundan bildirilib ki, bu tərəfdaşlıq zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından çox səmərəli olacaq.