“Sumqayıt Texnologiyalar Parkı” MMC-də yeni direktor təyinatı olub. Sumqayıt24 bu haqda 25 avqust tarixində Banker.az-a istinadən xəbər verir.
Fərid Rzabəyli şirkətin Hüquq Departamentinə direktor təyin edilib. O, bu vəzifəyə 2023-cü ilin iyul ayında gətirilib.
Bakı Dövlət Universitetinin məzunu olan Fərid Rzabəyli NBC Bank, PAŞA Bank kimi müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.