Sumqayıt Sukanal İdarəsinin rəhbər heyəti və əməkdaşları ekskursiyada olublar. Sumqayıt24 bu haqda 6 iyun tarixində xəbər verir.
Onlar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin əməkdaşı qonaqlara ümummilli lider Heydər Əliyevin həyatı ilə bağlı foto və videomaterialları göstərib.
Sonda qonaqlar əhatəli tura və bələdçi xidmətinə görə təşəkkürünü bildirib, xatirə şəkilləri çəkdiriblər.