Sumqayıt şəhəri, Sülh küçəsində yanğın hadisəsi baş verib. Sumqayıt24 bu barədə 13 sentyabr tarixində məlumat verir.
Yanğın Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzinin arxasındakı otluq ərazidə qeydə alınıb. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb. Ətraf ərazi yanğından mühafizə olunub.[modula id="21834"]