Sumqayıtda Şəhidlər xiyabanında adsız şəhidin qəbrindən nümunələr götürülüb.
Sumqayıt24 Xeberle.com-a istinadən xəbər verir ki, Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə 1-ci Qarabağ müharibəsində həlak olmuş, kimliyi hələ ki bəlli olmayan şəhidin qəbrindən nümunələr götürülüb.
Nümunələr tibbi-genetik tədqiqat aparılması üçün ekspertizaya göndərilib