Sumqayıtda bir sıra marşrut xətlərinin axşam saatlarında hərəkət etməməsi sakinlərə çətinliklər yaradır. Bu barədə Sumqayıt24-ün oxucuları şərhlərdə bildiriblər.
İzləyicilərin verdiyi məlumata əsasən, saat 21:00-dan sonra 6 nömrəli avtobus xəttə çıxmır. Sumqayıt-Xırdalan şəhərləri arası hərəkət edən 523 nömrəli avtobus yalnız saat 19:00-ə qədər işləyir. Bu səbəbdən Sumqayıtda təhsil alan xırdalanlı tələbələr evlərinə dönməkdə çətinlik çəkirlər.
"Mehdi Hüseynzadə adına stadionun yaxınlığında, saat 18:00-dan etibarən 5 nömrəli avtobuslar dayanacaqda saxlamırlar. Məktəbdən çıxan uşaqlar soyuqda gözləməli olurlar"- deyə sakinlərin biri rəy yazıb.
"Avtobuslar ya gec-gec gəlir, ya da saxlamır. Biz də məcbur olub taksilərə pul tökürük"- deyə digər izləyicimiz bildirib.