İki ilə yaxın bağlı olan Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətini bərpa edir. Bu barədə bu gün 1 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.
Burada, Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" əsəri yeni quruluşda, "Göyçək Fatma" nağıl-tamaşası isə bərpa edilərək səhnələşdiriləcək. Həmçinin, Ülviyyə Heydərovanın "Uşaqlıq" və "Pələng" monotamaşalarının səhnə həlli tamamlanacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, 1 oktyabr tarixindən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin fəaliyyəti bərpa olunur.