Sumqayıt şəhər sakinində tapança və patron aşkar olunub. Bu barədə AZƏRTAC bu gün, 30 sentyabr tarixində məlumat yayıb.
Polis əməkdaşlarının Masazır qəsəbəsində keçirdikləri əməliyyat zamanı dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini V.Abışov saxlanılıb. Axtarış zamanı onda "Stalker M-906" markalı tapança, bir patron darağı və iki patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.